Elnarə və Mananadan yeni klip - Video

Elnarə və Mananadan yeni klip - Video
848 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu həftə ərzində əməkdar artist Manana Çaparidze və müğənni Elnarə Xəlilova yeni kliplərini təqdim edib.

Axşam.az xəbər verir ki, Xəlilova “Səndən sonra” adlı ekran işi ilə tamaşaçıların qarşısına çıxıb. Onun mahnısının bəstəkarı Namiq Zeynalovdur. Sözləri Anar Məmmədova məxsus mahnını isə Nail Naiboğlu ekranlaşdırıb.

Çaparidze isə “Sən yaşamaq səbəbim” mahnısına klip çəkdirib. Dele Oruclunun lentə aldığı mahnının sözləri və musiqisi Fərid Kərimliyə aiddir. Ekran işində aktyor Təbriz Təhməzli rol alıb.