“Sevda Ələkbərzadənin dünya səviyyəsində səsi var” - Murat Boz

“Sevda Ələkbərzadənin dünya səviyyəsində səsi var” - Murat Boz
2901 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycanlı müğənnilərdən Sevda Ələkbərzadəni bəyənirəm”.

Bu sözləri “106.3 FM”də DJ Kazım Sübhanın suallarını cavablandıran türkiyəli müğənni Murat Boz deyib.

O, əməkdar artistin heyranı olduğunu dilə gətirib:

“Sevda Ələkbərzadənin ifasına “Alagöz” mahnısını sevirəm. Dünya səviyyəsində bir səsi var. İnanılmaz mahnıları var. Amma o işin sehri əslində, Sevda xanımın səsində gizlidir. Onun hər mahnısını siz oxuya bilməzsiniz. Çox istedadlı sənətçidir. Qulaq asdığım önəmli sənətçilərdən biridir”.

Boz müsahibəsi zamanı Azərbaycan mahnısı oxumaq istədiyini də deyib.