“Azərbaycanda yeni sirk binası inşa ediləcək”.

Axşam.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O, bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir:

“Azərbaycanda yeni sirk haqqında düşünməyin vaxtı gəlib çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.



                 

Digər