Özcan Deniz arvadından bezib

Özcan Deniz arvadından bezib
13645 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Özcan Deniz və həyat yoldaşı Feyza Aktanın ayrılmaqları ilə bağlı xəbərlər yayılsa da, cütlük bu haqda açıqlama verməmişdi.

Axşam.az xəbər verir ki, türk mediası bu dəfə Özcanın arvadından bezdiyini yazıb.

Bildirilir ki, Deniz yaxın dostlarına “Burada Feyzanın dostu yoxdur, ona görə də məndən qayğı gözləyir. Mən də işləyirəm deyə, onunla zaman keçirə bilmirəm. Əhatəmdən olmayan bir qız seçdim, ətrafımla ayaqla bilmir. Düz eləmişəmmi, bilmirəm” deyə, söyləyib.

Qeyd edək ki, cütlük ötən ilin martında evlənib, toydan qısa müddət sonra isə oğulları Kuzey dünyaya gəlib.