İlin ən yaxşı müğənniləri onlardır - Fotolar

İlin ən yaxşı müğənniləri onlardır - Fotolar
11360 dəfə oxunub
  • A-
  • A
  • A+

“2019 iHeartRadio” musiqi mükafatları sahiblərinə verilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdəki “Microsoft” teatrında gerçəkləşən gecə maraqlı anlara səhnə olub.

Teylor Svift gecədə “Ən yaxşı turne” və “Ən yaxşı klip” nominasiyaları üzrə iki mükafat qazanıb. “İlin qadın sənətçisi” Ariana Qrande, “İlin kişi sənətçisi” isə Dreyk seçilib.

Digər qazananların sıralaması isə belədir:

“Ən yaxşı turne” – Teylor Svift - “Reputation Stadium Tour”

“On ilin ən yaxşı sənətçisi” – Qart Bruks

“Yenilikli sənətçi mükafatı” – Alisiya Keys

“İlin ən yaxşı pop albomu” – Ariana Qrande - “Thank u, next”

“İlin hip-hop müğənnisi” – Kardi Bi 

“Ən yaxşı klip” – Teylor Svift – “Delicate”