Bakıda Ukrayna mədəniyyəti günləri keçiriləcək

Bakıda Ukrayna mədəniyyəti günləri keçiriləcək
765 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında Bakıda Ukrayna Mədəniyyət Günləri keçiriləcək.

Axşam.az-ın məlumatına görə, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko jurnalistlərə məlumat verib. 

Səfir bildirib ki, bununla əlaqədar Ukraynanın 82 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gələcək.

Mədəniyyət Günləri çərçivəsində Ukraynanın aparıcı kollektivlərinin iştirakı ilə çoxsaylı konsertlərin keçiriləcəyi gözlənilir. Səfir deyib ki, mədəniyyət günləri çərçivəsində bir sıra sərgilər, o cümlədən "Ukrayna bu gün", "Ukraynanın qızıl xəzinəsi" skif qızılı bədii holoqramlar sərgisi də keçiriləcək.

Ukrayna kinosu və mətbəxi həftəsinin keçiriləcəyi, Ukraynanın turizm potensialının təqdim ediləcəyi də gözlənilir.

Tədbirin keçirilməsi müddəti iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında razılaşdırılacaq.