Jurnalistlərimizə hibrid avtomobillər verilə bilər

Jurnalistlərimizə hibrid avtomobillər verilə bilər
808 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu il aprelin 12-də Azərbaycanda avtomobil sektorundan yazan jurnalistlərin və ekspertlərin I Forumu keçiriləcək və jurnalistlərə hibrid avtomobillərin verilməsi təklif olunacaq”.

Axşam.az “Report”a istinadən xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

“Bu forumda hökumətə bir sıra təkliflər irəli sürüləcək. Düşünürük ki, hökumətə jurnalistlərə elektromobillərin və ya hibrid avtomobillərinin verilməsi ilə bağlı təkliflər irəli sürək. Ola bilsin ki, bu, hansısa xarici brend yaxud yerli istehsalçının müvafiq modeli olsun”.

E.Cəfərov həmin forumun müvafiq olaraq ildə bir neçə dəfə keçiriləcəyini də açıqlayıb.