Müğənni Elton Hüseynəliyevin səhnəyə gəlişinin on ili tamam olur. Sənətçi Axşam.az saytına açıqlamasında bu münasibətlə fevraldan noyabr ayının sonuna kimi sənətində maraqlı yeniliklər edəcəyini bildirib. Elton solo konsert və yeni kliplərlə pərəstişkarlarını sevindirəcək:
“Bu il səhnəyə gəlişimin on ilidir. Bu münasibətlə yeniliklər hazırlayıram. Heydər Əliyev Sarayında solo konsert verəcəyəm, maraqlı mahnılar, kliplər çəkdirəcəyəm. Natavan Həbibi ilə oxuduğumuz “Dəniz” mahnısına klip çəkdirmişəm. Yaxın günlərdə təqdim edəcəyəm”.
“Natavan Həbibi ilə duet Aygün Kazımova ilə aranızda narazılıq yaradıbmı” sualına isə Elton belə cavab verib:
“Aygün xanım mənim ürəyimdir, canımdır. Hər zaman mənə dəstək olub. Buna görə də heç bir narazılıq bildirmiyib. Elə bu xüsusiyyətinə görə də onu çox istəyirəm. Bu aləmdə ondan yoxdur”.