Gülben Ergen 12 milyon qarşılığında adam öldürtdürüb - İddia

Gülben Ergen 12 milyon qarşılığında adam öldürtdürüb - İddia
14439 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan “Müge Anlı ile tatlı sert” proqramında Murat adlı şəxsin məşhur biri tərəfindən pul verilməsi qarşılığında adam öldürdüyü iddia edilib.

Axşam.az xəbər verir ki, Murat həmin məşhurdan 12 milyon dollar para aldığını deyərək, hakimə də pul verildiyini söyləyib.

Bildirilir ki, həmin hakım hazırda FETO hadisələrinə görə həbsdədir.

Müge Anlı isə veriliş zamanı həmin məşhurun adının çəkməyib. Amma bildirib ki, yaxın günlərdə o məşhurun adı çəkiləndən sonra Türkiyə şoka düşəcək.

Qeyd edək ki, verilişdən olan kadrlar sosial mediada yayımlanıb. İzləyicilərin 90 faizi həmin məşhurun müğənni Gülben Ergen olduğunu iddia edib. Hətta 10 il öncə baş verən hadisə zamanı öldürülən şəxsin qohumlarının da Gülbenin adını çəkdiyini, qardaşlarının onun sifarişi ilə öldürüldüyünü bildirib.