Azərbaycan Dövlət Tibb Universitetinin məzunu, psixonevroloq Asif Kəngərli 2002-ci ildə qələmə aldığı "Bəla" adlı ilk pyesini ekranlaşdırıb.

Axşam.az xəbər verir ki, fəaliyyəti dövründə Naxçıvan və Bakı daxil olmaqla, bir çox tibb müəssisələrində çalışan Kəngərlinin pyesi ekranlaşdırmaqda əsas məqsədi narkomaniya və pis vərdişlərdən əziyyət çəkən insanlara sosial mesaj ötürməkdir.

Həmçinin, onun "Zəhrimar", "Narkotik maddə - ailəvi qırğın silahı" kimi sosial yönümlü əsərləri də mövcuddur.
"Qızıl qələm" və "İlin vətənpərvər adamı" kimi mükafatların laureatı olan A.Kəngərli, eyni zamanda Dünya Xalq Yazarları Birliyinin üzvüdür.



Hazırda Anonim Narkoloji Kabinetdə fəaliyyətini davam etdirən həkim vasitəsilə onlarla pis vərdişlərin aludəçisi olan insan öz sağlamlığına qovuşub.

Narkomaniya, toksikomaniya və alkoqolizmin -  öz evində, anonimlik qorunmaqla və heç bir sənəd tələb etmədən, 5-10 gün müddətində müalicəsi üçün, Anonim Narkoloji Kabinetə, həkim-narkoloq Asif Kəngərliyə müraciət edin!

Telefon: (+99450) 303-44-45
İnstaqram: Asif Kəngərli





                 

Digər