Evlənib Türkiyəyə köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadənin başına iş gəlib.

Axşam.az xəbər verir ki, “Badoo” adlı tanışlıq saytında onun fotolarından istifadə edərək, saxta hesab açıblar.

Bu barədə aktrisa özü yazıb:

“Mənim yalnız İnstaqram və Feysbuk hesabım var. Digər heç bir saytlarda yoxam, bunu da çəkib, göndəriblər. Haradasa görsəniz, şikayət edin. Bu Samirə kimdirsə, bekardır” deyə, Cəmilə yazıb.

Qeyd edək ki, Cəmilə 2017-ci ildə ailə qurub. O, İstanbulda yaşayır.



                 

Digər Xəbərlər