Talıbdan onu tənqid edənlərə: "İkiüzlülər" - Qalmaqal

Talıbdan onu tənqid edənlərə: "İkiüzlülər" -  Qalmaqal
2438 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Talıb Tale "Ay Zaur" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ifaçılar tərəfindən hər zaman tənqid edildiyini bildirib.

Proqramda sənət adamları arasında sorğu aparılıb. Onlara "Talıb Taleyə qulaq asırsınız" sualı ünvanlanıb.

Əməkdar artist Vasif Məhərrəmli "Qətiyyən dinləmirəm. Nə sevirəm, nə izləyir, nə dinləyirəm. Eşidəndə isə söndürürəm. Bu cür oxuyanlar sosial şəbəkəyə borcludurlar. Getdiyim toylarda heç vaxt onları görmürəm" sözlərini deyib.

Əməkdar artist Baloğlan Əşrəfov isə "Çox pul xərcləməlidirlər. Hər 15 gündən bir mahnı yazmalıdırlar ki, gündəmdə qalsınlar" deyə, söyləyib.

Əməkdar artist Ədalət Şükürovun cavabı isə "Oğul istəyirəm ki, İnstaqram olmayanda məşhur olardı" formasında olub.

Elton Hüseynəliyev isə "Əgər musiqiçisisənsə, səsin varsa zərər yoxdur. Əgər musiqiyə zərər gətirirsənsə, çəkil kənara" deyərək, məsləhət verib.

Səidə Sultan isə "Onlar birədəfəlik musiqidir, ciddi deyil. Ona görə də bizim Azərbaycan milliliyimiz qalıb kənarda" deyə, əlavə edib.

Nadir Qafarzadə isə "Youtube"da izlənilənlər qalsın orada" deyərək, qısa fikir bildirib.

"Onlar pulla baxış sayını artırırlar" deyə, Mənzurə Musayeva iddia edib.
 
"Vasif Məhərrəmli ilə dəfələrlə toylarda olmuşam. Onların belə deməsindən, güc alıram. Özümü onların danışdıqları sırasına aid etmirəm. Əvvəl ola bilər şəraitsizlikdir, yaxşı mahnılar oxumurdum. Mən Heydər Əliyev Sarayında konsert vermişəm. Çox müğənnilər danışır haqqımda, qulağıma çatır. Amma üzümə tərifləyirlər. Onların belə deməsinin bir adı var, paxıllıq. Adama təsir edir. Onlar ikiüzlüdürlər. Mənlə üz-üzə gələndə tərifləyirlər" deyərək, Talıb onlara cavab verib.