Dünya şöhrətli futbolçu Mesut Özil və sevgilisi aktrisa Amine Gülşen 2 ay sonra evlənəcək.

Axşam.az xəbər verir ki, onların toyu İstanbulda baş tutacaq.

Bu barədə aktrisa özü açıqlama verib və yarım milyonluq gəlinlik geyinməsi ilə bağlı danışıb:

“Deyildiyi kimi, 500 minlik gəlinlik geyinməyəcəm. Çünki külli miqdarda pul xərcləyib, özümüzü göstərməyəcəyik. Sadə olmağa üstünlük veririk”.

Qeyd edək ki, cütlük iki ildir sevgi münasibəti yaşayır.



                 

Digər