"ARB 24" telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə saxta səhifələr yaradılıb.

Axşam.az-ın məlumatına görə, telekanal rəhbərliyi bunu işdən qovulmuş keçmiş əməkdaşlarının etdiyini bildirib.

"Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı "qara piar" xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər.

İzləyicilər "ARB 24"ün rəsmi www.24.arbtv.az saytından "Facebook", "İnstagram" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə edərək, həqiqi səhifələrlə tanış ola bilərlər" deyərək, kanalın mətbuat xidməti açıqlamasında qeyd edib.



                 

Digər