Maykl Ceksonun qızı özünü öldürmək istədi

Maykl Ceksonun qızı özünü öldürmək istədi
11289 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum pop-ulduz Maykl Ceksonun qızı Peris intihar edib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, qız atası ilə bağlı çəkilən sənədli filmdən sonra yaşamaq istəmədiyini bildirib.

“Nevələnddən ayrılmaq” adlı sənədli filmdə Ceksonun pedofil olduğu, azyaşlı uşaqlara təcavüz etdiyi ilə bağlı faktlar yer alıb.

Filmdən sonra psixoloji sarsıntı keçirən Peris tvviterdə paylaşım edərək, "Yalanlar, yalanlar, daha çox yalanlar" şərhini yazıb. Daha sonra isə o, özünü öldürməyə cəhd edib. Amma Perisin həyatını xilas etmək mümkün olub. Yaxınları onu xəstəxanaya yetişdiriblər.

Peris özü isə xəstəxanaya aparıldığını inkar edib.

Qeyd edək ki, Ceksonun ailəsi onu uşaqlara təcavüz etməkdə günahlandıranları Kaliforniyada məhkəməyə verib və 100 milyon dollar tələb edib.