49 yaşlı Cennifer Lopes Aleks Rodrigeslə nişanlandıqdan sonra ilk dəfə paparassilərin obyektivi qarşısına keçiblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, fotoqraflar cütlüyü Nyu-Yorkda görüntüləyiblər. Onlar birlikdə restorana şam yeməyinə gediblər.
Lopes gecə üçün kürk, mavi cins, "Alexander McQueen" brendinin idman ayaqqabısını və "Hermès" çanta seçib. Lopes 4,4 milyon dollarlıq üzüyünü də fotokameralara nümayiş etdirib. Cütlüyə jurnalistlər suallar versə də, onlar gülərək yola veriblər.