Sərdar Ortaç boşanmaq üçün məhkəməyə müraciət edib

Sərdar Ortaç boşanmaq üçün məhkəməyə müraciət edib
12635 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloedən ayrılması yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, Sərdarın məhkəməyə müraciət etdiyi məlum olub.

Bildirilir ki, müğənni “Artıq bu işi bitirmək istəyirəm, Xloe evində yaşamır. Öz evimdə hüzurlu deyiləm” deyə, vəkilinə lazımi prosedurları başlatmasını söyləyib.

Qeyd edək ki, cütlük haqda dəfələrlə boşanma xəbəri çıxsa da, onlar bunu təkzib ediblər.