“Bacanaqlar”da bu dəfə Afəti ələ saldılar - Video

“Bacanaqlar”da bu dəfə Afəti ələ saldılar - Video
3087 dəfə oxunub
  • A-
  • A
  • A+

10 ildir davam edən “Bacanaqlar” serialının budəfəki hədəfi toy müğənnisi Afət Fərmanqızı olub.

Axşam.az xəbər verir ki, ekran işinin bir bölümündə qonaq qismində rəqqasə Oksana Rəsulova iştirak edib.

O, serialın qəhrəmanlarına hind rəqsini öyrətməyə çalışıb. Ancaq rəqsə öyrətdiyi mahnı Afət Fərmanqızının İmadəddin Nəsiminin “Pəncü şeş” qəzəli ilə sintez etdiyi hind mahnısı “Tune Maari Entriyaan” olub.

Onların sosial şəbəkədə yayılan videosu maraqla və gülüşlə qarşılanıb.

Qeyd edək ki, serialda bir neçə həftə öncə Şəbnəm Tovuzlunun “Gucci” mövzusu ələ salınmışdı.