"Narkotikdən komaya düşmüşdüm" - Elşad Xose

"Narkotikdən komaya düşmüşdüm" -  Elşad Xose
2720 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən deyəndə məni daşa tuturlar. Nəyin təsiridir bilmirəm. Kütlənin bu dərəcədə zövqsüz olması olmaz. Pul hamının gözünü örtüb. Vaynerləri çıxardın edin "xalq artisti", nə gəldi edin. Müəyyən məqamda senzura lazımdır. Eybəcər "Mashup"lar olmamalıdır. Keyfiyyətsizliyin çoxlu baxış toplaması məni pisikdirir".

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Elşad Xose Murad Arifin "Popunuz var" adlı "Youtube" layihəsində deyib. İfaçı baynerləri tənqid edib.

"Eurovision 2019"da ölkəmizi təmsil edəcək Çingiz Mustafayevin "Truth" mahnısından söz açan Xose onu bəyənmədiyini bildirib:

"Bunlar niyə belə edir? onunla gedib Avropada heç kimi təəccübləndirə bilməzsən. Şərqlə bağlı nəsə et. Avropadan biri gəlib bizdə tar çalır. Qayıdarıq ki, sənə tardan dərs keçərik ey, get".

"Evimizi yıxan türk serialları oldu. Biz hələ o seriallara hazır deyildik. Son 10-15 ili götürəndə lazım deyildi. "Santa Barbara", "Prosta Mariya" da hələ beynimizə çatmırdı. Türk serialları xəyanəti öyrədir. Camaatda baxıb deyir, müasir həyat budur, ayaqlaşaq".

Bir vaxtlar narkotik maddə istifadə etməsi ilə gündəmə gələn Elşad artıq pis vərdişlərdən uzaq olduğunu deyib:

"İnsan necədirsə, elə də qəbul olunmalıdır. Narkotikin təsirinə düşmək üçün məsləhət görməyə çətinlik çəkirəm. Heç kim bundan sığortalanmayıb. Valideyn tərbiyəsinin də buna aidiyyatı yoxdur. Ən ziyalı, ən gözəl ailələr var ki, oğulları narkomandır. Yetərincə belə nümunələr var. Müəyyən məqamlarda rastına çıxan insanlarla, çevrə ilə bağlıdır.

Heç kim səni zorla narkoman etmir. Sənin özündən asılıdır. Ətrafında daha çox narkotik istifadə edənləri görəndən sonra özün qaşınırsan, dadına baxmaq istəyirsən. Pulun çoxluğu da insanı çaşdırır. Qorunmağın bir üsulu yoxdur. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Bir-iki sutkaya yaxın komada olmuşam. Özün bundan uzaq durmaq istəmirsənsə, xilas olmayacaqsan. Mən iyrəndim, ona görə özümə “stop” dedim”.