“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq
10971 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Axşam.az xəbər verir ki, səhnə əsərinin rejissoru Samir Qulamovdur. Yaxın günlərdə tamaşanın məşqləri başlayacaq. 

Əsərdə obrazları xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevalar, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.