Artıq ayrı evlərdə yaşayırlar

Artıq ayrı evlərdə yaşayırlar
12751 dəfə oxunub
  • A-
  • A
  • A+

Kenan Doğulu ilə Beren Saatin boşanacaqları ilə bağlı iddialar səngimək bilmir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Doğulu məlumatların yalan olduğunu göstərməyə çalışsa da, Beren hər addımında ayrıldıqlarını göstərir. 

Hətta Saat bunu nümayiş etdirəcək paylaşımları İnstaqramda dayandırmır. Bu gün isə onların ayrı evdə yaşadığı xəbəri gündəmə gəlib.

Aktrisanın boşanmaq istəyini ərinə çatdırdığı bildirilib. Beren boşanan zaman maddi olaraq heç bir şey tələb etmir.

Beş il əvvəl Amerikada nikah masasına oturan Kenan və Beren heç cürə ortaq məxrəcə gələ bilmir.