Təranə və Musanın qızının toyundan fotolar

Təranə və Musanın qızının toyundan fotolar
7372 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Təranə Qumral və Musa Musayevin qızı Fidanın toyu olub.

Axşam.az-ın məlumatına görə, bir çox məşhur sənətçilərin qatıldığı toy mərasiminin aparıcılığını Sərxan Kərimoğlu edib.

Xüsusi maşında şadlıq sarayına gələn cütlüyün toy mərasimi yüksək əhval-ruhiyyədə keçib. Bəy Mirhüseyn və gəlin Fidan toyda birlikdə rəqs ediblər.

Xatırladaq ki, 2013-cü ilin ən çox danışılan cütlüyü Təranə Qumral və Musa Musayevin ailəsində toy çalınacağı barədə çoxdandır ki, məlumat yayılmışdı. Təranə Qumral bildirmişdi ki, ortancıl qızına toy edir. Ötən gün isə onun ikinci qızı Fidanın xına mərasimi olub. Xına mərasimini xalq artisti Fatma Mahmudova qızı Nigarla birlikdə idarə edib.

Qeyd edək ki, Təranə Qumral və Musa Musayev cütlüyünün Sevgim adında 6 yaşlı qızları da həmin mərasimə qatılıb. Müğənni xanımın Qumral adlı qızı da öz qızı Neslihan ilə məclisdə rəqsi ilə hər kəsi heyran edib.

anspress