Sərdar Ortaç yenə iddiaları yalanladı

Sərdar Ortaç yenə iddiaları yalanladı
11756 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloedən ayrılması haqada iddialar yayılıb.

Axşam.az-ın məlumatına görə, Sərdarın məhkəməyə müraciət etdiyi bildirilib.

İddia olunub ki, müğənni “Artıq bu işi bitirmək istəyirəm, Xloe evində yaşamır. Öz evimdə hüzurlu deyiləm” deyə, vəkilinə lazımi prosedurları başlatmasını söyləyib.

Lakin sənətçi sosial media hesabında yenə də yayılan məlumatın doğru olmadığını deyib.

Qeyd edək ki, cütlük haqda bundan əvvəl də dəfələrlə boşanma xəbəri çıxıb.