Xəbər verdiyimiz kimi, aktrisa Demet Akbağın həyat yoldaşı Zafer Çika dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, onun olümünə səbəb avtomobil qəzasına düşməsi olub.
Aktrisa Çikanın ölümündən sonra ilk dəfə İnstaqram hesabında foto paylaşıb. O, dəstək olan dostlarına təşəkkür edib:
"Acı xəbəri aldığmızdan bəri zəng edən, əlimizi tutan, acımızı paylaşan, həyat dostum, Əlimin atası ilə ən səmimi hissləri ilə vidalaşan, tanıyan, tanımayan hər kəsə çox təşəkkürlər".
Paylaşımı görən Fatih Terim, Mahsun Kırmızıgül, Doğa Rutkay, Emre Altuğ, İbrahim Büyükak, Yonca Evcimik, Seray Sever, Hülya Koçyiğit kimi məşhurlar sənətçiyə dəstək olub.