Üzeyir müğənnilərin "Youtube" saxtakarlığını ortaya çıxardı

Üzeyir müğənnilərin "Youtube" saxtakarlığını ortaya çıxardı
2800 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Üzeyir Mehtizadə "Yotube"də trendə düşən ifaçıların saxtakarlığını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, bu gün sinəsinə döyüb, videosu trendə düşdüyünü deyənlərin hamısı onu süni yolla edir:

"Bu işdə düzgünlüklə zəhmət çəkib nəticə gözləyənlər var, amma bəzi fırıldaqçılıqlara görə hazırda Azərbaycan "Youtube" trendində saxtakarlıqlar davam edir. Bilmək istəyirəm ki, tək mən hiss edirəm bu hadisələri, yoxsa siz də görürsünüz? Bu saxtakarlıqda kimlər ki, iştirak edib, haqla nahaqı qarışdırırlar, İnşallah, onlar da əməllərinin nəticəsini görər".

Üzeyir bildirib ki, "Nostalji Mix" adlı yeni layihəsi 250 min baxış toplayıb, amma trendə düşməyib.