Leyla artıq qayıdır... - Fotolar

Leyla artıq qayıdır... -  Fotolar
15688 dəfə oxunub
  • A-
  • A
  • A+
"Son aylar çox arıqlamışam. Özüm üçün qeyri-adi olan saç rəngi etmişəm. Hərdən insan dəyişmək istəyir".

Bu sözləri aparıcı Leyla Quliyeva Axşam.az-a açıqlamasında deyib. Görünüşündə bir çox dəyişiklik edən aparıcı, xeyli çəki atıb. Leyla bildirib ki, saç düzümündə də dəyişiklik edib və ilk dəfə sarıya boyayıb.

Aparıcı yaxın günlərdə yeni verilişlə İTV-də efirə qayıdacağından da xəbər verib:

"İşlər çoxdur, böyük həcmdə işlər edirik. Bütün sahələrdə, mövzularda çalışırıq. Elə miqyasda iş aparırıq ki, gec-tez büruzə verəcək. Mənim də layihəm var. Hazırda dekor işlərini edirik, fikirləşirik, içini-çölünü qurub-qoşuruq. Musiqi layihələrinə baxdığım üçün başqalarına daha çox vaxt ayırıram və özümə zaman qalmır. Bilmirəm nə vaxt efirə çıxacam, amma olacaq".

L.Quliyeva bu il ölkəmizi "Eurovision"da təmsil edəcək Çingiz Mustafayevin "Truth" mahnısından da danışıb:

"Eurovision" layihəsindən imtina etmişəm. Amma bizim play-listimizdə olan müasir mahnılar kimidir. İçərisində milli alətlər istifadə olunub. Amma şərt deyil, tar, balaban mütləq olsun. Biz bunu  beynəlxalq arenaya çıxan mahnılarda göstərməyi istəyirik. Amma "Eurovision" təcrübəsi göstərir ki, bu cür mahnılar uğurlu olmur. Avropalıya bunu yeridə bilmirik. Avropalıya, kənar mədəniyyətin daşıyıcısına başqa folkloru 3 dəqiqə ərzində sevdirmək çətindir. Bizə bu mahnı şirin gəlməyə bilər, amma qəbul ediləcək. Sırf milli olmaz. Gəlin, onda muğam çıxaraq, qəbul edilər? Əlbəttə ki, yox".

Foto: Emil (İnstaqram: @emilproportfolio)