"Kamilla Beauty and Spa Center" 10 yaşını ulduzlarla qeyd etdi - Fotolar

"Kamilla Beauty and Spa Center" 10 yaşını ulduzlarla qeyd etdi -  Fotolar
12662 dəfə oxunub
  • A-
  • A
  • A+
2009-cu ildə fəaliyyətə başlayan "Kamilla Beauty and Spa Center" 10 yaşını qeyd edib. Şəhərin dəbdəbəli məkanlarından birində keçirilən gecədə mərkəzin əməkdaşları, məşhur simalar yer alıblar.

Axşam.az xəbər verir ki, 10 ildir müştərilərinə qüsursuz xidmət edən mərkəz, peşəkar işçi heyəti ilə hər zaman öndə olub. Hər il yenilənən, dünyanın müxtəlif yerlərində olan ən son prosedurları Azərbaycana gətirən gözəllik mərkəzi günün istənilən saatında xidmətinizdədir.

Ulduzlar da hər zaman üz tutduqları "Kamilla Beauty and Spa Center"i özəl günündə tək qoymayıblar. Gecədə xalq artisti Aygün Kazımova da yer alıb. Müğənni səhnəyə çıxaraq mahnılar səsləndirib. Daha sonra isə müğənni Ayan Babakişiyeva ifalarını qonaqlara təqdim edib.



Müğənni Roza Zərgərli mərkəzdəki fitnes salondan istifadə etdiyini bildirib:

"Burada fitneslə yanaşı spa-dan da yararlanmışam. Liposaksiya etdirmişdim, ayağımda problem olduğu üçün artıq çəki mənə narahatlıq verirdi. Burada fitnes məşqçiləri məni tibbi yöndən məşq etdirib, əməliyyatdan sonrakı prosedurların peşəkarcasına həyata keçirilməsinə yardımçı oldular. Burada yalnız peşəkarlar çalışır".

Rəqqasə Fatimə Fətəliyeva da mərkəzin peşəkarlar tərəfindən gerçəkləşdirilən prosedurlarından bəhs edib. O bildirib ki, hər kəs gözəlliyini burada çalışan peşəkar heyətə həvalə edə bilər.



Aparıcı Lamiyə Ələkbərova "Xanımların sevimli məkanı, biz məşhurların seçimidir. İndi 10 ildir, arzu edirəm 20-30 ilini qeyd edək. Bura gəlmək kifayət edir ki, gözəl, gənc, zövqlü görünək" deyə, söyləyib. 

"Gözəllik verilişi hazırlayanda, ekspert lazım olanda hər zaman "Kamilla Beauty and Spa Center"ə müraciət edirdim. 10 il az müddət deyil. Burada artıq peşəkarlar çalışır" deyə, aparıcı Leyla Quliyeva söyləyib. 



Müğənni Ayan Babakişiyeva da mərkəzin müştərilərindən olduğunu bildirib. O, "Türkiyədə yaşasam da, Bakıya tez-tez gəlirəm. Gələn kimi isə bura gedib, xidmətlərdən yararlanıram" deyə, vurğulayıb.

"Kamilla Beauty and Spa Center"in icraçı direktoru Ayzəriyyə Salmanova bildirib ki, xanımlar bura təkcə saç və makiyaj üçün yox, başqa prosedurlara görə də müraciət edə bilərlər:

"Xanımlara nə lazımdırsa, bizdə var. Bundan başqa özəlliyimiz odur ki, dünyada öndəgedən texnoloji prosedurlar bizdədir. Arıqlama, bədən yığılma, əməliyyatdan sonra bədəndəki problemləri aradan qaldırma, tökülən və yanan saçların bərpa olunması, kosmetoloji prosedurlarımız hamısı bizdədir. Məşhur stilist Pərviz Mirzəyev, İlahə Azayeva kimi stilistlər fəaliyyət göstərir".



Daha sonra isə mərkəzin stilistləri tərəfindən bəzədilən modellər podiuma çıxıb. Modellərin geyimləri isə "Vegül" moda evinə məxsusdur.

"Kamilla Beauty and Spa Center"də xanımlar estetik, salon xidmətləri, kosmetologiya, spa, fitnes və platesdən yararlana bilərlər.

Foto: Emil

Tel.: (994 12) 564 17 77
  
        (994 12) 564 17 78

Ünvan: Bakı şəhəri, N.Yusifbəyli 71

Facebook: Kamilllabeautycenter

İnstaqram: @kamillabeautycenter

www.kamilla.az