"Qeyrətini ayaq altına atma" - Vasifdən papaq atanlara irad

"Qeyrətini ayaq altına atma" -  Vasifdən papaq atanlara irad
1093 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vasif Məhərrəmli "Səhər-səhər" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni Novruz bayramının papaqatma adətinə etirazını bildirib. O deyib ki, bu ənənə yığışdırılmalıdır:

"Papaq atmağı sevmirəm. Papaq əzəldən Azərbaycan kişisinin qeyrət rəmzidir. Onu ayaq altına atmazlar. Torba, lap pencəyini at".