Hamilə müğənni bikinidə fotosunu yaydı

Hamilə müğənni bikinidə fotosunu yaydı
13510 dəfə oxunub
  • A-
  • A
  • A+
38 yaşlı Cessika Simpson hamiləliyinin son aylarını yaşayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, üçüncü övladını tezliklə dünyaya gətirəcək Cessika çox kökəlib. Buna baxmayaraq ki, ifaçı sosial şəbəkədə bikinili foto paylaşmaqdan çəkinməyib.

Simpson çimərlik geyimində şəklini İnstaqramında yerləşdirib. İzləyiciləri müğənninin hamilə olmasına baxmayaraq dərisini ideal saxlamasına təriflər yağdırıblar.

Qeyd edək ki, müğənninin 6 yaşlı qızı, 5 yaşlı oğlu var.