Prezident və xanımı bayram şənliyində - Fotolar

Prezident və xanımı bayram şənliyində -  Fotolar
12973 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəliblər. Bayram şənliyinin iştirakçıları prezident və xanımını qarşılayıblar. İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra İlham Əliyev və Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinləyiblər.

Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar. Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.

Prezident və birinci xanım “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər. Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

Dövlət başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Prezident və birinci xanım İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.