Boşandıqdan sonra ilk dəfə açıqlama verdi

Boşandıqdan sonra ilk dəfə açıqlama verdi
12808 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktyor İnan Ulaş Torun aktrisa həyat yoldaşı Alqı Ekedən boşanıb.

Axşam.az-ın məlumatına görə, Ulaş ayrılıqdan sonra ilk dəfə açıqlama verib:

"Hələ tanış olmağımızdan 1 ay keçməmiş evlilik qərarı aldıq. Bəzi mövzularda fikir ayrılıqları oldu.

Hər şey sürətli yaşandı. Düşündük ki, ortaq nöqtəmiz çoxdur. Sevib ailə qurduq. Lakin fərqli cəhətlərin daha çox olduğunu gördük. Bu da hər şeyin bitməsinə səbəb oldu.

Alqı çox hörmət etdiyim və həyatıma gözəlliklər qatan insan oldu.

Yenidən ailə qurmaq barədə əlbəttə ki, düşünürəm. Evlilik müqəddəsdir. Biri ilə qocalmaq üçün yola çıxmaq, ailə olmaq gələcəyə dair qurulan ən gözəl plandır".