Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlandı

Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlandı
2100 dəfə oxunub
  • A-
  • A
  • A+

"World Happiness Report 2019"un növbəti hesabatı təqdim edilib.

Axşam.az-ın məlumatına görə, dünyanın ən xoşbəxt ölkəsi Finlandiya seçilib. Finlandiya 7,769 balla reytinqin ilk pilləsində yer alıb.

İkinci və üçüncü yerlərdə isə Danimarka ilə Norveç durub.

Reytinq cədvəlində ölkəmizin də adı var. Belə ki, Azərbaycan reytinqdə 90-cı yeri tutaraq Ermənistan (116-cı yer) və Gürcüstanı (119), həmçinin İranı (117) qabaqlayıb.

Reytinq tərtib edilərkən adambaşına düşən ÜDM, insan ömrünün uzunluğu və digər amillər nəzərə alınıb.