Bakıda təntənəli Novruz şənliklərinə başlanılıb.

Axşam.az xəbər verir ki, Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, şəhər sakinlərinin və qonaqların bayram günlərində asudə vaxtının maraqlı və səmərəli keçirilməsi məqsədilə təşkil olunan festival “Sahil bağı”nda keçirilir.

Martın 24-dək davam edəcək festival çərçivəsində hər gün saat 11:00-dan 21:00-dək xüsusi bayram proqramları təşkil olunacaq, martın 20-21-də saat 23:00-dək ziyarətçilərə açıq olacaq.

Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.

İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qızı, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək.



                 

Digər