Bu otlar sağlamlığınızın qayğısına qalacaq

Bu otlar sağlamlığınızın qayğısına qalacaq
1868 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu otlar bir çox dərdin dərmanıdır. Bunun üçün onları qaydaya uyğun qurudub, istifadə etmək lazımdır.

Axşam.az orqanizm üçün xeyirli olan həmin otları təqdim edir:

Ayıpəncəsi (repeynaya)

Bu otu qurutduqdan sonra mütləq ağzı yaxşı bağlanan qabda və qaranlıq otaqda saxlamaq lazımdır.

· Mədə xorası zamanı ayıpəncəsindən hazırlanan məlhəmdən istifadə et. 1 xörək qaşığı ayıpəncəsi otundan götürüb, 1 stəkan qaynar suya töküb, yarım saat saxla. Gün ərzində 5-6 dəfə yeməkdən 1 saat sonra bu qarışıqdan 1 xörək qaşığı iç.

Qumotu

Kök hissəsini yuyub, təmizlədikdən sonra xırda doğrayıb, qaranlıq yerdə saxla.

· Qarışıqdan 2 çay qaşığı götürüb, 2 stəkan soyuq suya töküb, vam odda 8 saat qaynat. Gündə 2-3 dəfə ½ stəkan bu qarışıqdan içmək ağciyər iltihabını sağaldacaq.

Gicitkən

Çiçək açan vaxtı gicitkəni yığıb, yarpaqlarını təmizləyib, qaranlıq yerdə qurut.

· Böyrək iltihabı zamanı gicitkən qurusundan 2 xörək qaşığı götürüb, 1 stəkan isti suya töküb, 15 dəqiqə dəmlə. Gün ərzində 3 dəfə (yeməkdən əvvəl) 1/3 stəkan iç.