Azərbaycanlı aktyora Moskvada “Ən yaxşı kişi obrazı” mükafatı verildi - Fotolar

Azərbaycanlı aktyora Moskvada “Ən yaxşı kişi obrazı” mükafatı verildi - Fotolar
12259 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc aktyor Ziya Ağa Moskvada keçirilən “QİTİS-ustad dərsi” festivalında “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi seçilib.

Axşam.az xəbər verir ki, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və Ermənistanın teatr məktəblərinin də iştirak etdiyi festivalda ölkəmizi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupu təmsil edib.

Gümrah Onurun quruluş verdiyi “Otello əfsanəsi” mistik ballada janrında olan tamaşada göstərdiyi yaxşı performansa görə Ziya Ağa mükafatlandırılıb.

Bu barədə aktyor sosial media hesabında yazıb:

“Ermənilər də “Otello” tamaşaı ilə gəlmişdi. Bircə istəyimiz var idi ,ermənilərə uduzub ölkəmizə qayıtmayaq. “QİTİS”in səhnəsində belarusların, moldovalıların, rusların, qazaxların, özbəklərin, ermənilərin qarşısında səhnədə əl-ələ verib, bir-birimizə dayaq ola-ola, doğma həyəcanımızla, əlimizi bir-birimizin çiyninə qoyub, “hə, sən bacararsan!”ı ötürə-ötürə tamaşamızı oynadıq. Şükürlər olsun ki,mənim yox, Bizim “Otello”muz qalib gəldi. Bütövlükdə tamaşamız isə "Ən yaxşı orijinal tamaşa" nominasiyasının qalibi oldu”.

Qeyd edək ki, Ziya Ağa “İkinci Pərdə”, “Qız qalası”, “Dalan”, “Könül yarası” kimi ekran işlərində rol alıb.