“Taxt oyunları”nın aktrisası ölümcül hala düşdüyünü etiraf etdi

“Taxt oyunları”nın aktrisası ölümcül hala düşdüyünü etiraf etdi
11820 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları” serialında Dinerius Targeryan obrazını canlandıran Emilia Klarkın xəstə olduğu ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlama verib.

O söyləyib ki, çəkilişlər zamanı iki dəfə beyin əməliyyatı keçirib. Buna səbəb isə beynində kiçik şişlərin əmələ gəlməsk imiş

Aktrisa bildirir ki, ilk əməliyyat serialın birinci mövsümü bitəndən sonra baş verib. Belə ki, idmanda olan sənətçi qəfil beyin anevrizması keçirib.  Xəstəxanaya aparılan Emiliaya xəstəliyin ölümcül vəziyyətə çatdığı deyilib.

Klarka xəfif bir əməliyyat keçiriləcəyi deyilsə də, o, uğursuzluqla qarşılaşıb. Həkimlər onu ikinci dəfə əməliyyat etmək məcburiyyərində qalıblar.

Aktrisa sosial media hesabında artıq vəziyyətinin yaxşı olduğunu və beynində xəstəlik olan insanlar üçün xeyriyyə cəmiyyəti açacağını bildirib.

Qeyd edək ki, beyin anevrizması damarların divarında şiş əmələ gəlməsi prosesidir. Bu xəstəlik insanı yaşlandırır, beyin qanaması keçirməyə səbəb ola bilir.