“Pis olsaydın, bu qədər yanmazdım” - Gülbahar dünyasını dəyişən əri haqda

“Pis olsaydın, bu qədər yanmazdım” - Gülbahar dünyasını dəyişən əri haqda
1849 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülbahar Şükürlü yenidən dünyasını dəyişən həyat yoldaşı Zahid bəylə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, hüznünü belə ifadə edib:

“Zahid, sənin yoxluğuna inanmıram, heç inanmaq da istəmirəm və inanmayacam. Nə qədər varam, sən də varsan, ay başımın tacı, uğurlarıma məndən çox sevinənim. Həmişə mənə heç kimin xətrinə dəymə deyirdin. Axı ,özün heç kimin qəlbini sındırmamışdın. Heç sənin kimi bu dünyada insan yoxdur. Kaş bir az pis xüsusiyyətin olardı, onda bu qədər yanmazdım”.

Qeyd edək ki, musiqiçinin əri ötən ilin dekabr ayında 61 yaşında vəfat edib.