“İlhamə Quliyeva şou yaradacaq”

“İlhamə Quliyeva şou yaradacaq”
1129 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyeva yeni layihə hazırlayır.

Axşam.az-ın məlumatına görə, müğənni şou-biznesin bəzi nümayəndələrini ətrafına yığıb maraqlı şou edəcək. Bu haqda “ATV maqazin” verilişinə açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib:

“İlhamə xanımın sürpriz layihəsi hamını təəccübləndirəcək. Bu layihənin təkrarı heç vaxt olmayacaq. O, şou-teatr yaradacaq. Burada onun titul verdiyi insanlar özlərini təsdiqləyəcək. Bu çərçivədə təkcə Azərbaycanda yox, xarici ölkələrdə də konsertlər veriləcək. Burada bəziləri də İlhamə xanımdan titul alacaq. Layihə gerçəkləşdirilmədən öncə standartlaşdırılma idarəsində, notariusda qeydiyyatdan keçiriləcək”.