Roza Zərgərli özbək ifaçıyla əl-ələ - fotolar

Roza Zərgərli özbək ifaçıyla əl-ələ - fotolar
4093 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərli "Uç-Kuduk" qrupunun solisti Ziyad İşanxocayevlə ifa etdiyi "Sən və mən" mahnısına klip çəkdirib.

Axşam.az xəbər verir ki, ekran işinin birinci hissəsi Daşkənddə Hollivud rejissoru, klipmeyker Bahodir Yuldaşev tərəfindən, ikinci hissəsi isə Azərbaycan rejissoru Elşən Babayev tərəfindən çəkilib. Obraz üzərində modelyer Gülnarə Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə işləyiblər.

Klipdə Roza ilə Ziyadın səmimi görüntüləri diqqət çəkib. Çəkilişdən fotoları təqdim edirik.

Qeyd edək ki, Roza Zərgərli bu mahnının solo versiyasını da Azərbaycan dilində oxumağı planlaşdırır.