Nazpəri keçmiş həyat yoldaşı haqda: “İstəsəydi, qala bilərdi”

Nazpəri keçmiş həyat yoldaşı haqda: “İstəsəydi, qala bilərdi”
2467 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalında yayımlanan “Bir gün” verilişində keçmiş həyat yoldaşından söz açıb.

Axşam.az-ın məlumatına görə, müğənni ayrılsalar da, onun övladları ilə münasibətlərini davam etdirdiyini deyib:

“Ayrılsaq da, onun övladlarını başımın tacı etmişəm, qorumuşam. Onları ən gözəl şəkildə tərbiyə etmişəm. Bu gün də oğlanlarımın ataları ilə yaxşı münasibətləri var. Onun başını hər yerdə ucaltmışam. İndi onun da ailəsi var, xoşbəxtdir”.

“Ayrılmağınıza səbəb sənətiniz oldu” sualına isə N. Dostəliyeva belə cavab verib:

“Bu bizim taleyimizdir, oldu, bitdi. Bir neçə faktlar oldu, səbəblər yarandı və getdi. Əgər istəsəydi, bizimlə qala bilərdi. Ondan sonra minlərlə evlilik təklifləri almışam. Hər birinə də hörmətlə yanaşmışam, amma qəbul etməmişəm”.