Xərçəng xəstəliyinə tutulan müğənni danışdı

Xərçəng xəstəliyinə tutulan müğənni danışdı
2565 dəfə oxunub
  • A-
  • A
  • A+

Xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı müğənni-aparıcı Janna Friske açıqlama verib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ifaçı ona dəstək olan hər kəsə təşəkür edib:

“Heç təsəvvür etməzim ki, mənim və ailəmin bu ağır günündə milyonlarla insan duaları, xoş sözləri ilə mənə dəstək olacaq. Sizin bu qayğınız və sevginiz mənə güc verir. Çox sevinirəm ki, Rusiyada bu qədər mehriban, ürəyiyumşaq insanlar var. Mənim üçün yığılan 67 milyon rubl böyük məbləğdir. Xəstəliyimə lazım olan miqdar istifadə olunacaq. Qalan artıq pul isə ağır xəstəlikdən əziyyət çəkən uşaqlara yardım fonduna bağışlanacaq”.

Xatırladaq ki, Janna Friske xərçəngdən əziyyət çəkir. Sənətçinin atası xəstəliyin irəlilədiyini, müğənninin ayağa durub gəzə bilmədiyini açıqlayıb.