ATV-nin aparıcısının evindən 37 minlik soyğun olub

ATV-nin aparıcısının evindən 37 minlik soyğun olub
2625 dəfə oxunub
  • A-
  • A
  • A+

22 mart tarixində ATV-nin idman xəbərləri aparıcısı Vüsal Qurbanovun evinə oğru girib. 

Axşam.az xəbər verir ki, bu barədə “ATV Xəbər”də informasiya verilib.

Bildirilir ki,   oğrular Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.