Xəbər verdiyimiz kimi, müğənni Dəniz Səki ötən gün məkanlardan birində səhnə alıb.

Axşam.az-ın məlumatına görə, transparan libas geyinən sənətçi tənqidlərə məruz qalıb.

O, sözügedən geyimi və tənqidlərlə bağlı açıqlamasında bu sözləri deyib:

"Yazılan rəyləri oxuyuram. Burada mümkün olduqca sənətimlə bağlı paylaşımlar edirəm. Geyindiyim libasda çox böyük əziyyət var. Bilirsiniz ki, səhnəyə çılpaq çıxmaq ağlımdan keçmir. O qədər şüursuz deyiləm. Çox pis rəyləriniz var. Belə qəddar olmayın".



                 

Digər Xəbərlər