Müğənni Ayan Babakişiyeva son zamanlar adı iş adamı Elçin Nəcəfovun 13 illik ailəsini dağıtmaqda ittiham olunan həmkarı Aysel Əlizadəyə dəstək olub.

Axşam.az xəbər verir ki, o, “ATV maqazin onlarla” proqramında “Onlarla 3 dəqiqə” rubrikasında məsələyə münasibət bildirib:

“Aysel Əlizadə ilə üç ildir danışmırdıq, küsməmişdik, amma danışmırdıq. Küsülü olmaq bizə yaraşmaz, münasibətimiz yox idi. Efirdən Ayseli şəkli düşmür. Ay balam, burada Ayselin nə günahı var? Bu ailə dağılırsa, dağılacaq. Bu kişi istəsə, onu həkimlə də, müəllimlə də aldadar. Burada Ayselin heç bir günahı yoxdur. Söhbət başqa müğənnidən də gedə bilər. Haqsızlığa dözə bilmərəm. Sabah çıxıb deyəcəklər ki, elə ikiniz də birsiniz. Bir ailə dağılırsa, ona el də yığılsa, kömək edə bilməz”.

Qeyd edək ki, Ayselin şəklinin efirdən düşmədiyi proqram “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişidir. Turanə Nəcəfova adlı qadın Aysel Əlizadənin onun ailəsini dağıtdığını iddia edərək, Xoşqədəm Hidayətqızına müraciət edib.



                 

Digər