“Coffeemania” restoranlar şəbəkəsi bayram günlərində hər kəsə örnək olacaq davranış sərgiləyib.

Belə ki, onlar 21 mart - Dünya Daun sindromlular günü münasibətilə bu sindromdan əziyyət çəkən uşaqlar və ailələrini sevindirib.

“Coffeemania”nın Əhmədli filialında həmin ailələr bir araya yığılıb. Baş tutan tədbir eyni zamanda müğənni və aktrisa Aynişan Quliyevanın ad gününə də təsadüf edib.

İfaçı doğum günün həmin ailələrlə qeyd edərək, “Coffeemania”nın uşaqlara yaratdığı əyləncəyə qoşulub.

Tədbirin aparıcısı Azər Süleymanlı olub. O, Novruz bayramı ərəfəsində restoranlar şəbəkəsinin atdığı bu addımı yüksək qiymətləndirib və məkanın xoş aurası olduğunu söyləyib.

Aynişan isə öz ad gününü daun sindromlu uşaqlar və ailələri ilə qeyd etməkdən məmnunluq duyduğunu dilə gətirib:

“Hər zaman daun sindromlu uşaqlara xüsusi sevgim olub. “Coffeemania” restoranlar şəbəkəsinə belə şərait yaratdığı üçün təşəkkür edirəm”.

Tədbir zamanı vaxtını əyləncəli keçirən uşaqları sevindirən digər məşhur isə müğənni və bəstəkar Murad Arif olub. O, sevilən hitlərini ifa edərək, uşaqları əyləndirib.

“Coffeemania” restoranlar şəbəkəsinin PR meneceri Elnur Əliyev isə belə sosialyönümlü tədbirlərin davamlı olacağını bildirib.

Qeyd edək ki, “Coffeemania” restoranının hazırda Əhmədli, Nəriman Nərimanov metrostansiyalarının yaxınlığında və Gəncədə yerləşən “Ganja Mall” ticarət mərkəzində fəaliyyət göstərir.

İnstagram: https://www.instagram.com/coffeemaniaaz/

Facebook: https://www.facebook.com/CoffeemaniaAZ/

Telefon: (+99455) 711 17 77

 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər