“Bizi gözdən salan elə müğənnilərin bəziləridir”.

Axşam.az xəbər verir ki, bu sözləri “Hər şey daxil” proqramında müğənni Nura Suri deyib.

O, “oğluma müğənni qız almaram” deyən həmkarlarını qınayıb.

“Biri çıxıb deyir ki, oğluma müğənni qız almaram. Sənin özünü alıblar, ərdəsən. Oğul anasısan. Onda belə çıxır ki, sənin də oğluna heç kim qız verməsin ki, anası müğənnidir. Niyə bizi gözdən salırsan? Yaxud hansısa kişi müğənnilər çıxır deyir ki, belədir, elədir. Məgər, adamın şəxsiyyəti ilə sənətini bir tuturlar? Kaş ki, Üzeyirdə olan etika, başqa kişi müğənnilərimizdə olsun” deyə, Nura bildirib.

Qeyd edək ki, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayeva, müğənni Nadir Qafarzadə “Övladıma müğənni almaram” deyən tanınmışlarımız sırasında yer alır.



                 

Digər Xəbərlər