Aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) İnstaqram hesabında son zamanların dəbi hesab olunan “Giveaway” (hədiyyə vermək) keçirib.

Axşam.az xəbər verir ki, aparıcı səhifəsindəki izləyicilərin sayını artırmaq üçün istifadə olunan bu tədbirin qarşılığında isə uduşa “Range Rover” markalı maşın, ayrı-ayrılıqda 5,4 və 3 min manat və digər hədiyyələr vəd edib.

Bir neçə gün davam edən “giveaway”in sonunda isə qaliblər məlum olub.

Ancaq nəticələr yarışmaya qoşulan izləyicilərin ürəyincə olmayıb. Onlar Firanı saxtakarlıqda günahlandırıblar.

Belə ki, rəylərdə müsabiqədə “Range Rover” qazanan Ülkər Eyvazovanın Fira Cəlilova ilə ortaq dostlarının olduğu bildirilib. Bu şəxs isə bir çox verilişlərdə aparıcılıq etmiş Həyat Aslanidir. Hansı ki, Aslani hazırda Fira Cəlilovanın prodakşn şirkətinin əsas simalarından biridir.

Digər qaliblərin isə yenə də Cəlilovanın tanışları olduğu söylənilib.

İzləyicilər iddia edib ki, yarışmada pul qazanan izləyicilər isə Firanın qardaşı Kənan Cəlilovun tanışlarıdır.

Qeyd edək ki, bütün bu rəylər yazılandan sonra Fira Cəlilova “comment” bölməsini bağlayıb.

 
 
 
 
 
 
 


                 

Digər