Müğənni Roza Zərgərli ilə Afət Fərmanqızı arasında qalmaqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, Afətin xalq artisti Flora Kərimovanı təhqir etməsinə Rozanın münasibət bildirməsi qarşı tərəfi əsəbiləşdirib. O, Zərgərlinin ünvanına sərt sözləri bildirib.

Rozanın da qarşı tərəfə cavabı gecikməyib. O, video yayımlayaraq bunları qeyd edib:

"Sənin kimi insanları efirimə buraxmıram, ucuz ifaçılar verilişimdə yoxdur. Afət, sən evində ağsaqqalına qoyduğun hörməti xalqa sübut etdin. Mənim səni tənqid etməyim, sənə reklamdır.

Özünü gündəmə gətirirsən, guya efirdə maşın göndərdilər. Sənin danışdığını eşitdim, yazığım gəlir. Sən Azərbaycan estrada tarixinə düşməyəcəksən. 15-20 il öncəni yadına sal. Sən necə "dublikat" kimi yaddaşda olmusansa, elə də qalmısan. Heç olmasa evindəki övladına yaxşı örnək qal".

Bu paylaşımdan sonra Roza ilə prodüser Tarix Əliyev arasında qalmaqal yaşanıb. Tolik "Sən orda idin maşın göndəriləndə? Əcəb edib göndərib. Sən də göndər verilişin 1 həftə gündəmdə qalsın. Mənim verilişimdən danışma, çağır Flora Kərimovanı onunla danış. Denən, niyə 3 ayrı verilişdə Afətdən danışırsız?" sözlərini yazıb.

Roza isə ona "Sənin adını çəkən oldu? O ki qaldı, Flora xanıma söz deməyinə, özün də yaxşı qeyd etdin, heç bir müğənni mənə söz deyə bilməz... Mən də deyirəm ki, Azərbaycan sənətkarına söz deyənin ağzını özüm cıraram. Afət olmur, lap atası Fərman olsun. Gah onun, gah bunun "xaç atasısan" cavabını verib.





                 

Digər Xəbərlər