Tolikin tək arzusu onunla şəkil çəkdirməkdir

Tolikin tək arzusu onunla şəkil çəkdirməkdir
1937 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) arzusundan bəhs edib.

Axşam.az-ın məlumatına görə, Tolik İnstaqram səhifəsində istəyinin xalq artisti Zeynəb Xanlarova ilə şəkil çəkdirmək olduğunu vurğulayıb:

“Bakıya Rihanna gəldi, az qala şəhərdə təmizlik işləri görən xanımla da şəkil çəkdirdi. Hətta Cennifer Lopez də şəhərimizə gəlib. Tarkanla Sibel Can Azərbaycanda konsertdən çox toy mərasimində iştirak edib. İbrahim Tatlısəs dəfələrlə Bakıda toy aparıb. Dünən Alişan gəldi. Hamı gedib onunla şəkil çəkdirib. Amma mənim istəyim odur ki, Zeynəb Xanlarova ilə şəklim olsun”.