Tuğba da “İnanımmı”nı oxudu - fotolar

Tuğba da “İnanımmı”nı oxudu - fotolar
2944 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Tuğba Ekinci Rəqsanə İsmayılovanın “İnanımmı” mahnısını səsləndirib.

Axşam.az xəbər verir ki, bir neçə gündür Bakıda olan Tuğba hətta mahnıya klip də çəkdirib. Ekran işini rejissor Zöhrab Ağayev lenta alıb.

Bu barədə əməkdaşımızla söhbətində Rəqsanənin özü deyib:

“Təklif Tuğbadan gəldi. Sözügedən mahnını oxumaq istədi, mən də razılaşdım. Hətta bu gün studiyada səsləndirməyə köməklik etdim. Sözlərini oxumaqda çətinlik çəkirdi. Amma nəticə yaxşı alındı. O, “Yuxumda” və “Gedirəm” mahnılarımı da ifa etməyi arzulayırdı. Dedim, Türkiyəyə gələndə sənə kömək edərəm. Çünki indi vaxtım yoxdur.  Bu gün “İnanımmı”ya klip də çəkildi. Zorikin lenta aldığı ekran işində mən də varam”.

Xatırladaq ki, “İnanımmı” mahnısını Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov da ifa etmişdi.

Foto: Rəşad ABBASOV